Qulaqlarda küy - Müalicə üsulları

Qulaqlarda küy - Müalicə üsulları

Tinnitus  qulaqda və ya başda “zəng” və ya vızıltı kimi təsvir olunan akustik bir hissdir (səs alqısı vəya duymadır). Ümumiyyətlə hər zaman olmasa da, tinnitus eşitmə itkisinin bir əlamətidir və misal olaraq qeyd etmək olar ki, təkcə ABŞ-da milyonlarla insana təsir göstərir. Bəziləri üçün tinnitus depressiya, narahatlıq, yuxu pozğunluğu, konsentrasiyanın azalması (diqqət dağınıqlığı)  ilə əlaqəli ola bilər və qeyd edilən problemlər stresdən  daha da ağırlaşa bilər. Tinnitusun səs-küyə məruz qalma, fiziki zədələnmə (məsələn, baş zədəsi), qulaq xəstəlikləri, əzələ sancıları, qan dövranının pozulması, dərmanların yan təsirləri, nevroloji xəstəlik və yaşlanma daxil olmaqla bir çox potensial səbəbi var.


Tibbi qiymətləndirmə tinnitusun potensial səbəblərini və müalicəsini müəyyənləşdirmək üçün vacibdir. Lakin əksər hallarda tinnitusun əsas səbəbi eşitmə itkisi, xüsusən də daxili qulağın zədələnməsidir. Tinnitus xəstəliyin özü deyil, eşitmə itkisinin yan təsiridir.


Tinnitusun izah edilməsi çox çətindir: 1) Tinnitusu "eşidə bilən" yalnız sizsiniz və bunu qulağında heç vaxt səs hiss etməyən birinə izah etmək daha da çətindir. Ailə üzvləriniz, həyat yoldaşınız, qardaşız, övladınız və ya valideyniniz vəziyyətinizi anlamadıqları halda bu, ailədə böyük bir narahatlığa səbəb ola bilər.

2) Mütləq deyil ki, Sizin Tinnitusa olan reaksiya dostunuz və yə sevdiyiniz insanla eyni olsun. 

3) Tinnitusunuz dəyişə bilər, bəzən daha yüksək, bəzən daha səssiz, bəzən dəyişən ton (yəni bas kimi aşağı tezlikli və ya yüksək səsli zəng kimi), bəzən isə tinnitusunuzu (qulağınızda uğultu ) eşitməyəcəksiniz!


Sizin üçün yaxşı xəbərimiz var!  Son 20 ildə tinnitus haqqında çox şey öyrəndik. Çox nadir hallarda qulaqlarınızdakı “zəng səsi” irəliləyən hər hansı bir xəstəliyin əlaməti kimi qəbul edilir və ya tamamilə kar olduğunuz anlamına gəlmir, adətən bu, ümumiyyətlə eşitmə itkisinin ağırlaşmasından başka bir şey deyil.  


Ən əsası, Sizə bununla yaşamağı öyrənmək lazım deyil! İllərdir elmi ədəbiyyatda araşdırılmış və böyük uğurla nəticələnən müalicə metodları mövcuddur. Bəs tinnitusun mənbəyi nədir? Qeyd edildiyi kimi, bir çox potensial səbəb ola bilər,lakin eşitmə itkisi ən çox ehtimal olunan səbəbdir.

Yaşlanma, yüksək səslərə məruz qalma, bəzi dərmanların əks təsiri və genetika - hamısı eşitmə itkisinə səbəb ola bilər.


Şəkilə baxın


 


Burada eşitmə sistemini təsvir edilib. Normal eşidən qulaqda səs xarici eşitmə kanalına daxil olur (xarici qulaq, şəkildəki  № 1) və orta qulaqdakı kiçik sümüklərlə qulaq pərdəsini hərəkətə gətirir (şəkildəki №2).

Ardından orta qulağın sümükləri daxili qulağa bağlanır («ilbizlə»şəkil 3, şəkil).

İlbizi açsaq, içində sıra ilə hissedici hüceyrələr taparıq (səthindəki saç şəkilli çıxıntılara  saç hüceyrələri adlanır).

Səs enerjisi, orta qulağın sümük hissələrindən ilbizə qədər davam edir və saç hüceyrələrinin yerləşdiyi membran boyunca- dalğanın pik hissəsinin daxili səs tezliyi (daha doğrusu səs yüksəkliyi)  ilə əlaqədar olduğu yerdə  dalğa yaradır. İlbiz piano kimi köklənmişdir. Bu saç hüceyrələrinə birləşdirilmiş sinir lifləri (ilbiz sinir, şəkil 4) daha sonra bu siqnalı beyinə, beyin sapı vasitəsilə eşitmə qabığına ötürür (şəkildə No6).


Yəni əslində biz  beynimizlə eşidirik, sistemin qalan hissəsi sadəcə siqnal ötürücü funksiyanı yerinə yetirir.


Eşitmə itkisi xarici qulağın zədələnməsi və ya tıxanması ilə əlaqədər ola bilər (məsələn kükürd tıxacı) orta qulaq (misal: qulaq pərdəsinin arxasındakı maye) və ya daxili qulaq (misal: səs-küy, yaşlanma və s. səbəbindən saç hüceyrələrinin zədələnməsi).


Ümumiyyətlə tinnitus daxili qulağın zədələnməsi ilə əlaqələndirilir, ən çox yayılan eşitmə itkisi növü  sayılır və sensorinevral eşitmə itkisi adlanır. Eşitmə itkisi ümumiyyətlə tədricən baş verir və çox vaxt proses özünü hiss etdirməyə bilər. Yəni bunun fərqində olmaya bilərsiniz və y gündəlik heyatınıza məhdud təsir göstərdiyindən zərəri cüzi ola bilər.

 

Məsələn, zamanla meydana gələn səbəblərdən: yaşlanma, səs-küyə məruz qalma və s. qulaqda olan saç hüceyrələrində zədədlənmə baş bilər. Zərər tədricən artdıqca, sistemimizin mərkəzi sahələri zərərləri kompensasiya etmək üçün dəyişir. 


Elə buradaca tinnitusun meydana gəlməsi baş verir. Hətta zəif eşitmə itkisi də tinnitusa səbəb ola bilər. Tinnitusun eşitmə qabiliyyətini pozması geniş yayılmış səhv düşüncədir.

Tinnitus qıcıqlandırıcı olmaqla, konsentrasiyaya təsir edir, bununla yanaşı eşitməyə minimal təsir göstərir. Eşitmə probleminiz varsa, ehtimal ki, müəyyən dərəcədə eşitmə itkiniz var. Hətta minimum eşitmə itkisi səviyyəsi  ümumi eşitməyə  təsir göstərə bilər ki, bu da restoran kimi səs-küylü yerlərdə  çox nəzərə çarpıcıdır.



Eşitmə itkisi hər zaman eşitdiyim səs küy ilə  necə əlaqəlidir?

Eksperiment 1953-cü ildə Heller və Bergman adlı iki alim tərəfindən keçirilmişdir. Normal eşitmə qabiliyyəti olan və tinnitusu olmayan bir qrup kollec tələbəsini “exo verməyən kamera” çox sakit bir mühitdə yerləşdirib və bir müddət orada saxlayırlar.  


Kamerada olarkən təcrübəçilərə əlavə heç nə edilməmiş, lakin kameradan çıxdıqdan sonra qeyri-adi bir şeylə qarşılaşıb- qarşılaşmadıqlarının soruşmuşlar.Tələbələrin 93% -i, vızıltı və ya zəng səsi eşitdiyini bildirmişdi.

Niyə? Səbəbi siz fikirləşdiyinizdən daha sadədir. Çünki beynimiz hər zaman səs eşitməyi gözləyir, göz qapaqları olan gözlərimizdən fərqli olaraq, qulaq “qulaq qapaqları” ilə doğulmamışıq.

Erkən bəşəriyyət nöqteyi-nəzərindən, bunun dərin mənası var - həmişə təhlükə üçün bir xəbərdarlıq sisteminə sahib olmalıyıq. Mağarada yaşayan bir mağara adamı olsaydınız, təcrübənizə əsaslanaraq beyniniz ayaq səsləri və ya alçaq uğultular kimi müəyyən səslər ilə təhlükəni tanımaq üçün düzənlənmişdir və beləliklə dərhal oyana və qaça, qalıb və döyüşə, ya da ölü kimi davrana bilərdiniz.

Köhnə  deyimdə dedildiyi kimi "mübarizə et və ya qaç! " Beləliklə, səsləri ətrafdan tamamilə kənarlaşdırdığımızda beynimiz səs axtarmağa başlayır və həssaslığını artırır.

Bu, beynin eşitmə sistemimizdəki spontan sinir stimullaşdırmasını almasına və onu səs kimi qəbul etməsinə səbəb ola bilər. Sinir sistemimizdə spontan sinir həyəcanı hər zaman meydana gəlir, lakin ümumilikdə beyin buna məhəl qoymur və yalnız xarici stimullaşdırma səbəbi olduqda reaksiya verir.

Beynin eşitmə bölgəsini nə zaman stimullaşdırsanız,o səsi qəbul edir. Məsələn, bəlkə də televizorda bir həkimin beyin əməliyyatı etdiyi və beynin müxtəlif hissələrini stimullaşdırmaq üçün bir elektrod istifadə etdiyini və həmin insanın o anda fərqli qoxu hiss etdiyini və ya fərqli rəng gördüyünü göstərən bir tibbi serial görmüsünüz.

Eyni şey eşitməyə də aiddir! Beynimizin eşitmə bölgələrini hərəkətə gətirdiyimiz zaman, səs xaricdən səsləndirilməsə də, səsi qəbul edirik.

Eşitmə itkisi ilə bu hissedici reseptorlar zədələnir (bunlara saç hüceyrələri deyirik) və bu səbəblə beynimizin normalda mövcud olan eşitmə bölgəsinə giriş siqnalının bir hissəsini itirməyə başlayırıq.

Beynimizin eşitmə bölgələri stimullaşdırmaya ehtiyac duyur, gələn siqnalları qəbul etmə mümkün olmadıqda beyin heç olmasa hansısa məlumat əldə  etmək üçün uyğunlaşır. Beləliklə, eşitmə itkisindən sonra beynimiz bəzi dəyişikliklərlə bunu kompensasiya etməyə çalışır.

Buna neyrooplastiklik deyilir. Bu necə baş verir? Beyin aşağıdakıları edir:

1) məlumat alqısını reseptorlardan bir az dəyişməklə, ilbizinizin hələ də işləyən hissələrinə yönəldir.

2) həssaslığını artıra və çatışmayan məlumatları müəyyənləşdirməyə çalışa bilər,

3) digər mexanizmlər - spontan pik sinir həyəcanlarının dərəcəsindəki artımı, həyəcan verici və tormozlaşdırcı giriş siqnalları arasındakı balanssızlıqı yox etməklə, eşitməyən zonaların cəlb edilməsi daxil olmaqla və s.


Bu nöroplastiklik mexanizmlərinin yan təsiri tinnitusdur! Zərərli saç hüceyrələri və ya pereferik sinirlərin zədələnməsi səbəbi ilə beynimizdəki eşitmə bölgəmiz bunun əvəzini çıxmağa çalışır, neyroplastiklik, yəni eşitdiyiniz tinnitus səbəbiylə bir sinir siqnalı almağa başlayır.Digər bir misal


Təsəvvür edin ki, eşitmə qabiliyyətiniz şəhərdəki bir radio yayımına bərabərdir, yüksək səslə və aydın.Şəhər xaricində səyahət edərkən bu siqnalı itirməyə başlayırsınız (yəni eşitmə qabiliyyətiniz) və yalnız əsas fon səs-küyünü eşitməyə başlayırsınız.

Daha bir misal, təsəvvür edin ki, sizin eşitməniz şəhərdə yayımlanan bir radioverilişi ilə ekvivalentdir. Şəhərdən kənara çıxdıqda bu siqnalı itirir və  “fon səsi”-ni eşitməyə başlayırsınız. 

Bu fon səs-küyü həmişə mövcuddur, yalnız şəhərdə yaxşı bir siqnalla örtülmüşdür. Bu səbəbdən o kollec tələbələri “səzsiz otaqda“ tinnitus eşitdilər, bütün səsi ətrafdan çıxarıldığı üçün onların eşitdikləri yalnız öz "fon səsləri" idi.

Bu səbəbdən saç hüceyrələrimiz zədələnəndə normal giriş siqnalının bir hissəsini itiririk və fon səs-küyünü almağa başlayırıq. (yəni spontan sinir həyəcanlarını). Bəzən illüstrativ bir nümunə gətirmək kömək edir. Otaqdakı bütün işıqları yandıraraq, fənəri yandırıb divara yönəltsəniz onun işığını görə bilərsiniz, amma işıq çox zəif olacaq. İşığı söndürsəniz, fənər daha yaxşı görünəcəkdir.



 



Neyro görüntüləmə sahəsindəki irəliləyişlər beynimizin tinnitusla əlaqəli sahələri barədə  böyük rol oynayır. Bunu etməyimizin yollarından biri də somatik modulyasiya adlanan hərəkətlərlə qulaqlarının tinnitusunu əhəmiyyətli dərəcədə dəyişdirə biləcək xəstələri müayinə etməkdir.

Məsələn, barmağını hərəkət etdirdikdə və ya gözlərini müəyyən bir şəkildə çevirdikdə tinnitusunu dəyişdirə bilərlər.

Bu necə baş verir?Dediyimiz kimi tinnitus, bəzi duyğu zədələrinin və neyroplastiklik mexanizmlərinin yan təsiridir. Beyin sapımız çox yığcamdır və müxtəlif struktur formasiyaları əhatə edir və kəllə sinirləri buradan çıxır. Bu sinirlərin çarpaz əlaqəsi, zərərlərini qismən kompensasiya edə bilər.

Məsələn, zədələnmiş bir elektrik kabelini götürüb qoşursanız, qığılcımlar görə bilərsiniz.

Sinirlər eyni şəkildə işləyir və bu "qığılcımlar" ətrafdakı digər sinirləri hərəkətə gətirə bilər.Beləliklə, normalda kiminsə çeçələ barmağını innervasiya edən sinir, bu mesajı beynin eşitmə bölgəsinə göndərən eşitmə sinirinə enerji verir.

Beynin eşitmə sahəsi bu stimullaşdırmanın haradan gəldiyini – barmağından və ya qulağından gəldiyini təyin etmir, yalnız eşitmə sahəsinin stimullaşdırıldlğı zaman bunun səsdir və ya yenə tinnitus olduğunu müəyyən edə bilir. Başqa sözlə, “açıq” və ya “qapalı” tinnitusu olan  bir insanın neyro görüntülərini göstərə bilərik.

Bu isə neyro görüntüləmə üsulu, beyin fəaliyyəti haqqında bizə video formatında məlumat verən funksional maqnetik rezonans görüntüləmədir (FMRI).

İnsan hərəkətsiz oturanda (tinnitus olmayanda) normal beyin fəaliyyətini görürük, tinnitusa səbəb olan bir hərəkət edərkən beynin eşitmə bölgələri işıqlanır! Digər zonalar da aktivləşir, onlar haqqında da danışacayıq.


Tinnitusu necə müalicə edirik?

Bundan əvvəl  qeyd etdiyimiz kimi, araşdırmalar bir insanın tinnitus yaşandığı zaman beynin təkcə  eşitmə bölgəsini aktivləşdirmədiyini göstərdi.

Bura beynin digər hissələri, xüsusilə limbik sistem, daha doğrusu badamşəkilii amigdala (миндалевидное тело) aiddir. Amigdalanın əsas rolu emosional cavabları emal etmək və xatırlamaqdır. Səslər, gəncliyinizdə çoxdan bəri eşitmədiyiniz bir mahnı, toy mahnınız və ya mağara adamı və uğultu haqqında əvvəllər verdiyiniz nümunə kimi bir çox duyğusal hisslərə səbəb ola bilər. Amigdala beynimizə "mübarizə etmək və ya qaçmaq" qərarını verməyə kömək edir.


Bu sahənin tinnitus ilə aktivləşdirilməsi tinnitusla edə biləcəyimiz mənfi reaksiyaların kökündə dayanır. Tinnitus heç bir səbəb olmadan əmələ gəlsə və ya tədricən şiddətlənərsə, nəyinsə yolunda getmədiyi anlamına kimi qəbul oluna bilər. Bu isə belə ola bilər: bir şey səhvdir, dəli olmaq, karlaşmaq, bir növ xəstəliyim var və ya sadəcə qulaqda bu  səsin nə ilə əlaqəli olması ilə bağlı düşüncələrə səbəb olur. 

Bunun nə olduğunu bilmədiyimiz və onu dayandıra bilmədiyimiz üçün streslə qarşılaşırıq və beynimiz bu vəziyyəti bunu mənfi bir şey kimi qəbul edir və üzərində dayanır. Bu səbəbdən, stresli olduğunuzda  qulağınızdaki səs daha güclü görünə bilər.


Beynimiz səsin mənbəyini müəyyənləşdirə bilmədikdə digər şəkildə cavab verir -  diqqəti digər stimula artırır, (prefrontal korteksin başqa bir hissəsidir), bu isə adətən özünü qulaqda səslə - tinnitus ilə göstərir. Bunu dərk etmıliyik ki, beyin  çöldən gələn  siqnalları almağa alışmışdır. Biz adətən gizli sinir statiklərimizi (əsas fon səs-küyü) eşitmirik. Bu, beynin xaricdən gələn səslərin mənbəyini və tinnitusun mənasını uzlaşdırmasına mane olur.

Ümumiyyətlə, açıqlanmayan bir hiss və ya simptomla qarşılaşdığımızda, beynimiz bunu xəbərdarlıq işarəsi,  və ya səhv mənfi bir məhfum kimi görməyə meyllidir.

Məsələn, avtomobilinizi idarə edərkən qəfildən mühərrikin xırıltılı səsini eşitməyə başlamış olsanız, “O, nə səsdir, bu yəqin ki, avtomobilimin daha da yaxşı işləməsinin əlamətidir!” deyə düşünməzsiniz. Çox güman ki, düşünəcəksiniz: "Bu nə səsdir, maşınımda nə var və mənə neçəyə  başa gələcək". 

Ancaq avtomobiliniz bundan əvvəl da çox səs çıxarırdı, fərq ondadır ki, beyniniz bu səsləri normal mühərrik səsi kimi qəbul edirdi. Deyilənə görə, yeni səs avtomobilin düzgün işləmədiyinin və zamanla normal ola biləcəyinin göstəricisi olmamalıdır.

Bunu yeni olduğuna görə bunu görürsüz. Bunun mənbəyini və nəticələrini bilmədiyiniz üçün sizi narahat edir.


Maraqlıdır ki, beynimiz səslərə və hətta eyni səsə fərqli reaksiya göstərə bilər.

Məsələn, yataqdasınız və evinizdə qonaq var, yataq otağınızın xaricində yerdə bir xırıltı eşidirsiniz, reaksiyanız əhəmiyyətsizdir: "Ah, sadəcə xalam yemək və ya içmək üçün qalxıb."

İndi isə evdə tək olduğunuzu təsəvvür edin və döşəmənin xırıltılarını eşidirsiz - artıq reaksiyanız tamamilə fərqlidir! Səs tamamilə eynidir, lakin mənbə və ya potensial təhlükə barədə biliklərimizə görə dəyişir.

Biz beynimizdəki səs-küyün vacib məlumatları ötürmədiyini, bunun bir təhlükə əlaməti olmadığını və artıq üzərində dayanmağa ehtiyac olmadığını başa düşməsini öyrənməyə imkan verən üsullardan istifadə edərək tinnitusu aradan qaldırırıq. Buna doğru ilk addım nəyin tinnitus olduğunu və  nəyin bunun əlaməti olmadığını başa düşməkdir.

Siz ağlınızı itirmirsiniz! Beyninizin eşidəcəyini düşünmədiyi və düzgün şərh edə bilmədiyi bir səsə normal reaksiya verirsiniz, buna görə beyin bunu xəbərdarlıq kimi qəbul edir.


Yaxşı xəbər budur ki, mütəxəssisə müraciət etdikdə o, bütün təhlükəli səs-küy mənbələrini aradan qaldıra bilər. Lor orqanlarının patologiyası ilə əlaqəli səbəbləri aradan qaldrımaq üçün otorinolaringoloqa da müraciət edə bilərsiniz.


Tinnitus əksər hallarda eşitmə sisteminin  eşitmə itkisi də adlandırılan periferik zədələri kompensasiya etməyə  çalışdıqda, uyğunlaşmamış neyroplastikliyin yan təsiri kimi qəbul edilir. Beyin kökü boyunca və  beyin qabığına qədər olan sahələr eşitmə itkisindəki boşluğu doldurmaq üçün beyinə çatan məlumat miqdarını artırmaq məqsədilə fəaliyyətini artırır.

Tinnitus, ən sadə varianta səsdir, yalnız xarici qaynağı olmayan bir səsdir.  Beynimizin eşitməyən bölgələrinin (limbik sistem, bazal ganglionlar, prefrontal qabıq korteks və s.) (лимбическая система, базальные ганглии, префронтальная кора и т. д.) Tinnitusa  reaksiya verməklə onun qıcıqlandırıcı, stresli və ya lazımsız olduğunu müəyyənləşdirir.


Beyniniz anlaya bilmədiyi bu siqnal üzərində cəmlənmişdir! Xoşbəxtlikdən beyin unikal xüsusiyyətlərə malikdir, eynən bir az dəyişib tinnitus yaratdığı kimi, beyinə səs-küyə məhəl qoymamağı da öyrədə bilərik. Bu müddət qabiutasiya və ya  vərdiş adlanır. Vərdiş prosesini anlamaq tinnitusun müalicəsində ikinci addımdır.


Yaxşı xəbər  budur ki, beyniniz bunu hər zaman edir. Kənardan stimullaşdırmağı sevməsinə baxmayaraq, yalnız məhdud sayda şeylərə diqqət yetirə bilər.

Məsələn, eynək, sırğa, saat, üzük və ya hətta bir köynək - bu müxtəlif aksessuarlar bütün gün dərinizdən sizə toxunduqları barədə siqnallar göndərir, bu dəri reseptorları deyilən reseptorların reaksiyasıdır. Ancaq günün çox hissəsində bunları görmürük. Niyə belədir? Bu, beyniniz üçün vacib bir siqnal olmadığı üçün bu cür siqnallara alışmış və beyin onlara cavab verməyi dayandırmışdır. Beyniniz aldığı hər siqnalı daim izləməli olsaydı, çox yüklənmiş olardı. Tinnitusla edəcəyimiz budur, beyninizə bunun əsl və vacib bir səs olmadığını, sadəcə eşitmə itkisinin normal və geniş yayılmış yan təsiri olduğunu anlamağa öyrədəcəyik.

Beynimiz bunu hər gün səslərlə edir!  Məsələn, evinizdə və ya ofisinizdə bir soyuducu və ya kondisioneriniz varsa, gün ərzində onun işə düşdüyünü görə bilərsiniz. Bir müddət sonra bu səslərə fikir verməməyi alışırsınız, səslər itməsə də, beynimiz onlara öyrəşir, çünki vacib məlumat daşımırlar.

Məsələn, siz uşaq olarkən ananız babanızdan yadigar qalan köhnə saatı dəhlizdə sizin otağinıza yaxın bir yerdən asmışdı.Bütün gecəni bu saatı eşidə və oyaq qala bilərdiniz. Lakin, bir neçə aydan sonra onlara fikir verməyəcəksiniz. Saat işləməyi dayandırmayıb, sadəcə onun səsi  arxa plan səs-küyünün bir hissəsi olub. 


Bəlkə də iş yerinizdə bir sakit musiqi çalınır, amma işinizə o qədər diqqət yetirirsiniz ki, o musiqi arxa plana keçər, və birdən  bəyəndiyiniz və ya bəyənmədiyiniz bir mahnı səsləndikdə  musiqini yenidən hiss edirsiniz. Tinnitusa bənzər başqa bir nümunə və ya fenomen - fantom əza sindromudur (fantom ağrısı). Fantom əza sindromu, amputasiya olunmuş bir adamın ayağını və ya qolunu itirməsinə baxmayaraq barmaqlarında və ya əllərində ağrı hiss etməsidir!

Artıq ayaqları olmadığı halda niyə ayaq barmaqlarında ağrı hiss olunur? Beyinin barmaqlardan  cavabdeh olan  hissəsi hələ də işləyir və stimullaşdırmaya ehtiyac duyur (unutmayın, beynimiz bədənimizdən məlumat almağı sevir). Artıq bu ayağı olmayan insan   həmişə alışdığı barmaqlardan məlumat almır.

Beləliklə, bu məlumat bir ayaq amputasiyası yeri kimi bölgələrdə və ya spontan sinir həyəcanlarının meydana gəldiyi bölgələrdə toplanmağa başlayır.

Ancaq gələn bu məlumat, beyinin gözlədiyi kimi deyil və onu necə başa düşəcəyini də bilmir, bu səbəbdən də onu barmaqlardan gələn bir reaksiya kimi gəbul edir (çünki beynin müvaffiq sahəsi stimullaşdırılır).

Bənzər bir proses, ilbizin tük hüceyrələrinin zədələnməsi və tinnitus kimi qəbul edilməsi ilə meydana gəlir. Beyninizin tinnitusa alışmasına, stresi əhəmiyyətli dərəcədə azaltmasına və nəticədə onu  saatın və ya bir kondisionerin səsi  kimi arxa plana keçəcəyi mərhələyə çatdırmaq üçün edə biləcəyimiz müdaxilənin müxtəlif  səviyyələri və  bir neçə addım etap mövcuddur.


Bir rəqəm haqqında düşünməyin deyildiyi təqdirdə, ağlınıza nə gəlir? Həmin rəqəm ! Buna görə  “qulaqlarındakı zil səsini düşünməyin” deyə bilməzsiniz. İdeya tinnitusunuzu fəal şəkildə izləmədiyiniz zaman rahat şəkildə nəzarəti  həyata keçirməkdən  ibarətdir. Aşağıdakı addımlar bunu necə edəcəyinizi izah edəcəkdir.


Tinnitus müalicəsində üçüncü addım səs terapiyasının istifadəsidir. Sükut artıq sənin dostun deyil! Əslində, səssizlik deyilən bir şey yoxdur, ətrafımızda həmişə aşağı intensivlikdə səslər eşidilir. Səs terapiyası üçün bir çox seçim var, lakin  ən əsası daimi stimulasiya etməkdir.


Səs terapiyasının əsas məqsədi  sakitləşdirici səs yaratmaqdır (qulaqlıq, otaq dinamikləri, kombinə edilmiş səs generatoru ilə eşitmə cihazları vasitəsi ilə) lakin tinnitusu maskalamayan (tamamilə blok etməyən) bir səviyyədə - yalnız tinnitus qavrayışını azaldan və rahatlamanı təmin edən bir səviyyədə. Və hər bir vəziyyət üçün xüsusi tövsiyələr olacaqdır. Bundan əlavə, stimulasiya beyinə daxil olan  xarici səsi təmin edir və bu da tinnitusa diqqəti azaldır. Səs terapiyası çox təsirli ola bilər, ancaq əsas məsələ daim stimulasiya etməkdir.


Tinnitus müalicəsinin dördüncü komponenti diqqəti yayındırmaqdır.

Tinnitus sadəcə bir səsdir, ancaq beynimizin bu səsi necə qəbul  etməsi problemlərə səbəb olur. 

Bəzən bizə elə gəlir ki, tinnitusdan fikrimizi yayındıra bilməyəcəyik. Xüsusilə, stress və səs stimullaşdırmanın yetərli olmadığı dövrdə səs-küyə daha da köklənə bilərsiniz.


Diqqətinizi yayındırmağın bir yolu - addım üç - səs terapiyasıdır. Üstəlik yayındırma çox faydalı ola bilər.Tinnitusla bağlı şiddətli epizodunuz varsa, oturub onu dinləməyin. Hər hansı bir səs terapiyası seçimini açın, diqqətinizi yayındırın və istədiyiniz hər şeyi edin.

Yemək bişirməyi xoşlayırsınızsa, bunu edə bilərsiniz. Gəzməyi sevirsinizsə, gəzin.

Qarajda işləməyi sevirsinizsə, qarajda işləyin. Bir dostunuza zəng edin, sevdiyiniz komik filmi izləyin, bir sözlə diqqətinizi yayındıracaq bir şey edin.


Nəhayət, 5-ci addım pəhriz, idman, həyat tərzi və zəhni sağlamlıqdır.


Sağlamlığın ümumi zəifliyi, oturaq həyat tərzi, pis qidalanma və zəif yuxu tinnitusu ağırlaşdıra bilər.Qeyri sağlam heyat tərzinin təsirlərinin müalicə etmək üçün istifadə olunan bir çox dərmanlar əksinə tinnitusun artmasına səbəb ola bilər.Səhərlər gündəlik işlərinizə başlamaq üçün tinnitusdan zəngli saat kimi istifadə edin.


Formaya düşmək qulağınızdakı problemi sağaltmaya bilər, ancaq stresi mütləq azaldacaq, yuxunu yaxşılaşdıracaq və əhəmiyyətli dərəcədə buna təsir göstərən bəzi dərmanların qəbulunu dayandırmağa imkan verəcəkdir.

Həyatınızda ciddi stres, narahatlıq, tinnitusla əlaqəli depressiya olub-olmamağınızdan asılı olmayaraq terapiya faydalı olacaq. Daha əvvəl müzakirə etdiyimiz kimi, stres tinnitusu ağırlaşdıra bilər. Koqnitiv Davranış Terapiyası (KDT) xəstəyə davranışları müəyyənləşdirməyə və stresi azaltmaq üçün metodları öyrənməyə kömək edən terapevtik  yanaşmadır. KDT tinnitus xəstələri üçün çox faydalı ola bilər və bütün xəstələr tərəfindən nəzərə alınmalıdır. Hər hansı bir pəhriz və ya idman proqramına başlamazdan əvvəl həkiminizlə məsləhətləşməlisiniz. 


Bəzi tövsiyələr və strategiyalar:


1. Tinnitusun  mənbəyi baradə məsləhətləşmə və aydınlaşdırma. İlk addımı atdınız və indi özünüzü və beyninizi çıxış yolunun olduğunu dərk etməyə hazırlamalısınız. Tinnitus sadəcə müəyyən eşitmə və ya sinir sistemi xəstəliklərinin yan təsiridir. Sizin kar olmanızın və ya  təhlükəli bir xəstəliyinizin olmasının əlaməti deyil. Lakin bu, insana və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.


2. Vərdiş olduğunu anlamaq

Beyniniz gün ərzində qıcıqlandırıcılara alışmışdır, tinnitus ilə eyni şey də edə bilər, sadəcə beyini bunun mənalı bir siqnal olmadığına inandırmaq lazımdır.


3. Ətraf mühitin səsləri

Sizə ətraf mühit üçün səs generatorları almaq təklif olunacaq, onları mağazalarda və ya onlayn mağazalarda tapa bilərsiniz. Onlar "Yağış", "şəlalə", "okean" və s səsləri səsləndirəcəklər.Səsin davamlı, rahat olması vacibdir, və eyni zamanda heç bir məna daşımayan. Bu halda siz ona heç bir əhəmiyyət verməyəcəksiniz. Bu səs evinizdə və ya ofisinizdə arxa planda səslənməlidir.Bu tip səs fayıllarını internetdə də tapa bilər və kompüteriniz vasitəsilə səsləndirə bilərsiniz.

Qulaqlıqlardan da istifadə edə bilərsiniz, amma onları çox yüksək səs səviyyəsində açmayın, səs elə səviyədə olmalıdır ki, qulaqlarda olan səs-küylə qarışsın. Bu, beyninizə saxta  səslər ilə davamlı həqiqi səsi ayırd etməyə imkan verəcək və beyin ona alışmağa başlayacaq.Tinnitusu boğmağa çalışsanız sizin beyniniz qavrağa malik olmadığına alışa bilməyəcək.  Bu həm də yatmağa çalışarkən tinnitusunuzu azaltmağa kömək edə bilər.Sadə bir google axtarışı və yüklənməsi ilə İnternetdə bir çox səs tapmaq olar. Bundan əlavə www.ata.org/sound saytına daxil olub pulsuz yükləmək üçün səslər yarada bilərsiniz. Bu səs gün ərzində münkün qədər çox və hətta yatdığınızda belə səslənməlidir.Arxa planda daimi sə fonu olmalıdır. Sükut artıq sənin dostun deyil!


4.Yuxu rejiminə əməl etmək çox önəmlidir.

¬¬¬¬¬¬¬¬Stresi azaltmaq üçün yaxşı istirahət etməyiniz vacibdir. Stres tinnitusunuzun ağırlaşmasına səbəb ola bilər (“döyüş və ya qaç” sistemini xatırlayın). Sükutdan çəkinin! Ətrafınızı xəfif və  rahat səslə doldurun! Www.soundpillow.com saytında musiqi yastığını qiymətləndirin.

Bundan əlavə həkiminizdən  reseptsiz satılan və yuxunu bərpa edən melatonini istifadə  barəsində soruşa bilərsiniz.


5. MP3 pleyer / Ipod / CD pleyer.

Tinnitus – masker vasitənizi yolda olarkən əlinizdə saxlamaq istəyirsinizsə və ya başqalarının sizi eşitməyinizi istəmirsinizsə, səsləri pleyerə yükləyə və ya CD ala bilərsiniz; məsələn, ağ səs, çəhrayi səs, okean və s.Bəzi smartfonlarda bu funksiyanı dəstəkləyən programlar var. Yuxarıda qeyd edildiyi kimi, tinnitusunuzla qarışan bir səs səviyyəsində mülayim, rahatlaşdırıcı bir səs dinləyin. 

Musiqi yastığını sifariş verə biləcəyiniz web sayt  www.simplynoise.comda həm də mobil telefon üçün programlar mövcuddur.Eşitmə cihazlarına bənzəyən, səsi gücləndirməyən, ancaq davamlı bir səs-küy yaradan səs generatorları almaq olar.


6. Eşitmə cihazları

Əgər sizə eşitmə itkisi diaqnozu qoyulubsa, səsləri itirdiyiniz yerləri doldurmaq üçün eşitmə cihazlarından istifadə edərək və beyninizi tinnitusa deyil, yenidən ətraf mühit səslərinə yönəltməyə öyrətməklə sizə kömək etmək olar. Ayrıca, eşitmə probleminiz varsa, bu sizi tinnitusa daha həssas edir. Eşitmə cihazları eşitmə itkisi ilə əlaqəli bəzi narahatlıqları  aradan qaldırmağa və  məlumat əldə etməyi asanlaşdırmağa kömək edə bilər. EC (Eşitmə cihazları)  eşitmə itkisi və tinnitus müalicəsində vacibdir. Qolunuz qırılsaydı, sadəcə ağrını azaltmaq üçün agrıkəsici qəbul edərdiniz, yoxsa sınığı müalicə etmək üçün gips qoyub sonra ağrını müalicə etmək üçün agrıkəsici qəbul edirdiniz?


7. Eşitmənin müdafiəsi. 

Konsertdə, səs-küylü alətlərlə işləyəərk, həddindən artıq səs-küylü bir mühitdə olduqda eşitmə qabiliyyətinizi qoruyun.Yüksək səslər eşitmə qabiliyyətinizi zədələyə və qulaq tinnitusunuzu təsir edə bilər. Bununla barabər, səs orta dərəcədə yüksək və ya zəif olduqda qoruyucu vasitələrdən istifadə etməmək də mümkündür, unutmayın ki, beyninizi həqiqi daimi səslə stimullaşdırmağa çalışırıq.


8. Həyat tərzi.

Tinnitusun həyatınızı idarə etməsinə icazə verməyin, həyatınızı özünüz idarə edin. 

Tinnitus səbəbindən məşqul olmadığınız fəaliyyətlər varsa, bunu yənidən etməyə başlamalı və həyatdan zövq almanız lazımdır. Siz əvvəllər olduğu kimi konsertlərə gedə, musiqi ifa edə bilərsiniz, ancaq səs-küydən qorunmalısınız (səslər kifayət qədər yüksəkdirsə). Sağlam həyat tərzinə üstünlük verin - balanslı, sağlam  pəhriz yeməyinizi və idman etməyinizi tövsiyə edirik.Bununla birlikdə, hər hansı bir məşq və ya pəhriz proqramına başlamazdan əvvəl, həkiminizə müraciət edin.


9. İnternetdə cavab axtarışı. Tinnitus problemi haqqında, xüsusən də İnternetdə hər cür yalnış mülahizələrlə dolu olan məlumat axtarmağa çalışmayın. Biz tibb sahəsindəki ən son inkişaflar barədə sizi xəbərdar etmək üçün buradayıq. Səs terapiyasının öz işini görməsinə icazə verin, tinnitus haqqında məlumatları daim izləsəniz və yalnız bu problemə diqqət yetirsəniz, vərdiş prosesini təxirə salacaqsınız. Tövsiyə etdiyimiz bir sayt http://www.ata.org.

 Amerika Tinnitus Dərnəyi.Məsələn, Xəstələr Ailələr və Dostlar bölməsində tinnitusa aid səs sənədləri tapa bilərsiniz ki,digər ailə üzvləri eşitdiklərinizi başa düşsünlər. Digər yaxşı bir web sayt «Tinnitus Retraining Therapy», bu saytda əlavə tövsiyələr və məşqlər mövcuddur. Digər bir sayt isə Tinnitus Activities Treatment http://www.medicine.uiowa.edu/oto/research/tinnitus/.


10.Sonrakı müalicə

Beyini stimullaşdırmaq və tinnitus qəbulunu azaltmaq üçün müxtəlif səs tərapiyası seçimlərindən istifadə edəndigər müalicələr də kömək edə bilər. Yuxarıda təsvir olunan metodları sınadıqdan sonra istifadə edə bilərik. Bunlara səs generatorları, neyromonika və s. daxildir. Bunların hamısı səs terapiyası vasitələridir.


11.Diqqəti yayındırmaq

Tinnitusun heyatınızın mərkəzi hissəsi olmasına və ya daha da güclənməsinə imkan verməməyə çalışın. Tinnitus haqqında hər zaman danışırsınızsa və bütün günü buna diqqət edirsinizsə, beyninizin diqqətini ona cəlb etdiyiniz üçün daha mənalı hiss edəcəksiniz. Tinnitus ilə çətin bir gün keçirdiyiniz zaman özünüzü yayındırmağa çalışın. Mənfi təcrübəni müsbət təcrübə ilə  əvəzləyin. Oynayın, musiqi dinləyin (radio, televizor, qulaqlıq) musiqi dinləyərkən gəzin, köpək və ya pişiyinizlə oynayın, həyətdə bir şey edin, duş qəbul edin, idman edin- tinnitusdan fikrinizi yayındırın.Yataqdasınızsa, radionu açın, başqa bir otağa keçin, sevdiyiniz şouya tamaşa edin. Beyninizə onu tinnitusdan yayındıran bir şey verin! Gün ərzində bəzən tinnitusu hiss etmədiyinizi görəcəksiniz.


Fikriniz yayınıb, ətrafda fərqli səslər eşidir, gözəl bir günün dadını çıxarırsınız və özünüzə "mənim qulağımdaki səs hardadı" deyə soruşacaqsınız. Budur, sizin üçün yaxşı bir xəbər: sadəcə saniyələr, dəqiqələr və ya saatlarla diqqətinizi yayındırırsınız, tinnitusunuzu görmürsünüz. Səs yox olmadı, hələ də arxa planda idi, ancaq beyniniz buna əhəmiyyət vermirdi.Beyniniz vərdiş edir!

Burada təklif olunan üsullardan istifadə edərək, barmağınızdakı bir üzük və ya qulağınızdakı sırğalar kimi  beyninizin siqnalını getdikcə daha az hiss edəcəksiniz, bu sadacə sizin bir hissənizə çevrilərək zərərsiz, görünməyən signala dönür.Məsələn, bütün günü nəfəs alırsınız. Nəfəs aldığınız zaman bir səs çıxarırsınız. Nəfəs almağınıza nə qədər qulaq asırsınız?


12. Tinnitus haqqında miflər.

A. Tinnitus eşitmə qabiliyyətinizi zəiflədir. Tinnitus eşitmə itkisinin tez tez rast gelen ağırlaşma formasıdır. Xəstələr bele düşünür- tinnitus olmasaydı, normal eşitmə qabliyyətinə sahib olardım.Qulaqlarınızdakı səs-küy diqqətinizi yayındıra bilər, ancaq eşitmə qabiliyyətinizə minimal təsir göstərəcəkdir.


B. Tinnitus sizin qulaqlarınızdan gəlir. Çox vaxt belə də görünür. Tinnitus eşitmə processı boyunca bir yerdə meydana gələn bir sinir hadisəsidir. Qulaqların siqnalı qəbul etməsi üçün,  beyinin onu interpretasiya edərək diqqət yetirməsi lazımdır. Bu prosesdə beyinin bir neçə sahəsi iştirak edir.

Eşitmə sinirini kəsib tinnitusu dayandıra bilməzsiniz, bu, heç bir şeyi dəyişdirməyəcək və hətta tinnitusunuzu daha da pisləşdirə bilər.


C. "Siz sadacə onunla yaşamağı öyrənməlisiniz." Bu o demək deyil ki, bununla barışmalısınız. Mənbəni anlamaq, səs terapiyası tövsiyələrindən istifadə etmək, diqqəti yayındırmaq, pozitiv düşünmək, sağlam yaşamaq və yuxu rejiminə əməl etmək beyninizin tinnitusa alışmasına kömək edə bilər. Bu təkcə beyini tinnitusla kor-koranə yaşamağa öyrəşdirməkdən ibarət deyil, bu beyini aktiv şəkildə qulaqdakı tinnitusu müəyyən etməyə və  ona fokuslanmamağa alışdırmaqdır. 


13.Hiperakuziya və səs həssaslığı.


Tinnitusu olan insanlar ümumiyyətlə səsə həssasdırlar. Tez-tez eşitmə itkisi ilə əlaqələndirilir,  üz sinir patologiyası, Lyme xəstəliyi, William sindromu və s. kimi hallarla əlaqələndirilə bilər. Əsasən yalnız yüksək səslərə qarşı həssaslığınız varsa, bu hiperakuzis deyil,amma rekruiment ola bilər. Rekruiment - eşitmə itkisi olan bir insan üçün məhdud dinamik səs yüksəkliyi deməkdir. Adi bir insan üçün səs 100 DB-də narahatlıqla yüksək səslənirsə və normal eşitmə qabiliyyəti olan insanlar 0 DB-də ən zeif səsi eşidirlərsə, o zaman dinamik eşitmə aralığı 100 dB-dir. Eşitmə itkisi olan  insan 50 DB-yə qədər bu səsi eşitməyəcək, buna görə dinamik aralıq% 50 azalır, və səs sürətlə ancaq çətin eşidilən səsdən çox yüksək səslərə keçir.

Hiperakuzis gündəlik və orta səslərə həssaslıqdır.

Səs həssaslığına qarşı reaksiya bu səslərin təsirlərini azaltmağa çalışmaqdır, məsələn yüksək səsdən qorunma avadanlığın istifadəsi.Lakin bu uzunmüddətli perspektivdə vəziyyəti daha da  pisləşdirəcəkdir. Daim səs qoruyucularından istifadə edirsinizsə, beyninizi "maneə" ilə eşitməyə çalışmaq üçün həssaslığını artırmağa məcbur olur. Qoruyucularınızı çıxardığınız zaman hər şey daha yüksək səslənəcəkdir. Bu cür cihazlara yalnız çox yüksək səslərə məruz qaldıqda ehtiyac duyulur (bax nömrə 6). Səs həssaslığının bir variantı mizofoniya və ya yüngül səs həssaslığı sindromudur.

Mizofoniya -  müəyyən bir səsə qarşı həssaslıqdır.( tozsoran və ya barmağınızı tez-tez taxtaya vurmaq kimi). Yumşaq səs həssaslığı sindromu  (Soft sound sensitivity syndrome - S4) mizofoniyanın bir növüdür və adətən ağızdan çıxan səslər iləilə əlaqələndirilir, məsələn çeynəmə, nəfəs alma və s. 

Səs terapiyasının istifadəsi hiperakuziya üçün də təsirlidir. Məqsəd sistemin hessaslığını azaltmaqdır.

Bu o deməkdir ki, aşağı səviyyədən başlayaraq daimi bir səs istifadə edə bilərik, və zamanla tədricən beyin həssaslığını kalibr edənə qədər onu artırmaq olar. Bu hiperakuziyada çox təsirli olur. Mizofoniya və S4 kimi müəyyən səslərlə xoş səslərdən istifadə edə bilərsiniz (məsələn, sevdiyiniz musiqi). Xoşagəlməz musiqi ilə qarışdırmaq, qavrayışı azaltmaq üçün bu xoş səs zamanla tədricən azalacaq və daha çox impulsverici səsi çevriləcəkdir. Başqa bir yanaşma, tətikləyici səsi qeydə alma yolu ilə  və aşağı səviyyələrdə təqdim etməkləxəstənin  səsə reaksiyasını minimuma endirənə qədər  təsir səviyyəsini və müddətini tədricən artırmaqdır.

Üçüncü yanaşma, təsdiqlətici hərəkətləri tətikləyici bir səslə əlaqələndirməkdir.İmpuls verici səslərə reaksiyanı azaltmaq üçün ümumiyyətlə əlavə konsultasiya tələb olunur, belə ki,   mizofoniya və S4 ümumiyyətlə eşitmə patologiyası ilə əlaqəli deyil və səslərə anormal reaksiya ilə xarakterizə olunur. 



Əlaqəli məsləhətləşmələr:


Biz tez-tez stresin və tinnitusun azaldılmasına kömək edəcək üsulları araşdırmaq üçün əlaqədar ixtisaslardan olan məsləhətçilərlə əməkdaşlıq edirik. Həyatınızdakı digər streslər tinnitusu daha aydın göstərə bilər və bu stresləri azaltmaq üçün əməkdaşlıq etdiyimiz dogər mütəxəssislərlə işləmək çox faydalıdı.Koqnitiv davranış terapiyası (KDT) xətələrin stres, narahatlıq, depressiya və mənfi düşüncə ilə mübarizə aparmasına yardımçı ola bilər. POZİTİV DÜŞÜNÜN.Və beyin bu səslərə az əhəmiyyət verməyi öyrənə bilər. 



 

Nəticə:


Tinnitus eşitmə itkisi və ya sinir sistemi anomaliyalarının normal bir yan təsiridir və xəstəlik və ya karlıq  yaxud dəli olduğunuzun  əlaməti deyil;

Normal səs eşitmə qabiliyyəti olan və heç vaxt tinnitus yaşamamış insanlar, ətrafdakı bütün səslər kənarlaşdırıldığı halda onu eşidə bilər;

Tinnitusunuzu azaltmağa kömək edəcək təsirli  üsulları mövcuddur;

Beyniniz milyonlarla digər qıcıqlandırıcı elementlərlə

olduğu kimi tinnitusa alışmağı  da öyrənə bilər;

Birincisi, beyninizdə tinnitusu dəhşətli bir şey kimi qəbul etməməsinə öyrənməliyik əvəzində ətraf mühitin səs-küyünü təbii qəbul etməli, onu tinnitusdan ayırmağa  çalışmalıyıq.

Sükutdan qaçın və özünüzü rahat səslərlə əhatə edin

Kifayət qədər yuxu almaq, idman etmək və sağlam qidalar yemək neyroplastikanızı yaxşılaşdıracaq və sizi daha sağlam edəcək.

Yalnız yüksək səs-küyə məruz qaldıqda (məsələn, konsert, elektrikli alət, ovçuluq) səsdən qoruyucu avadanlıqdan istifadə edin. Qeyd etmək lazımdır ki, sakit və ya orta dərəcədə yüksək səsli bir mühitdə qoruyucu avadanlığın istifadə olunmasına ehtiyac yoxdur (məsələn, evdə səssiz, təsadüfi bir restoranda, avtomobil sürərkən);

Tinnitusunuzu izləməməyə çalışın, onlayn müalicə axtarmayın və tinnitusun sizi idarə etməsinə icazə verməyin!Bütün bunlara fikrinizi cəmləməyin;  imkan verin səs terapiyası və beyniniz özü bu işi görsün.Tinnitusun daha yüksək olacağı və ya əksinə, ona fikir vermədiyiniz vaxtlar olacaq, sadəcə müalicənin kömək edib etmədiyini qiymətləndirməyə özünüz cəhd etməyin.Tinnitus tez-tez dəyişə bilər - intensivliyi, tezliyi və s.Dəyişiklərə nə qədər az fikir versəniz onu o qədər  az eşidəcəksiniz. Yalnız ona arxa plana keçməyə icazə verin.