Eşitmə cihazların xeyiri və “zərəli”

Eşitmə cihazların xeyiri və “zərəli”


Mif 1 : “ Eşitmə cihazını istifadə etdikdə eşitmə daha da pisləşir və gələcəkdə tam karlıq gətirir”.

Reallıqda tam əksi baş verir: Düzgün seçilmiş və düzgün tənzimlənmiş eşitmə cihazları insanın eşitmə sisteminə müsbət təsir göstərir, xüsusi ilə beynin eşitmə və qavrama funksiyalarına.Əlbətdə eşitmə cihazları qulaqları müalicə etmir. Amma onlar həqiqətən eşitmənin və qavramanın pisləşməsinin qarşısını alır. Axı onlar olmadıqda, beynin eşitmə və qavrama funksiyaları sürətlə pisləşir. Eşitmə cihazların gecıkmiş taxılması ona gətirir çıxardır ki, zəif eşidən insan hətda aparatda da yenə də eşidir , amma başa düşmür. Axı həqiqətdə eşidən aparat deyil, beynin müəyyən sahələridir. Və bu sahələri uzun müddət səs stimullarsız qoymaq olmaz. Lazım gəldikdə, əlbətdə müəyyən diaqnozlarda, eşitmə. Buna görə, beyin mərkəzlərinin fəaliyyətinin pisləşməsinə imkan vermədən, eşitmə cihazlarının istifadəsi ilə bağlı gərarı,əlbəttə ki diaqnoza uyğun olaraq, olduqca tez qəbul etmək lazımdır.

Mif 2. Eşitmə cihazları yalnız karlıq olanda istifadə olunur və eşitmə itkisi müalicə edilə bilər. 

Reallıq:  Karlıq zamanı eşitmə cihazları istifadə olunmur. Onlar sadəcə kömək etməyəcək. Bu kor olan bir adamın eynək geyməyi kimidir. Eşitmə cihazları kiçik və ya böyük eşitmə qüsurları üçün istifadə olunur.Əsas meyar onun azalmasının (hətta 10% azalma olsa belə)  və müalicə və ya cərrahiyyə yolu ilə aradan qaldırılmasının mümkün olmamasıdır.


Mif 3. Eşitmə cihazları çox böyükdür və hər kəsin diqqətini çəkir.  Reallıq: Eşitmə cihazları çox balaca aparatlardı, onu qulaq kanalının dərinliyində və ya qulağın arxasında elə gizlətmək olar ki, hətta ən yaxın insanlara belə onu görünməsin. Əslində, bir sözü dəfələrlə soruşmaq, və eşitmə qüsuru olan şəxsin daimi stressli olmağı başqalarının daha çox nəzərinə çarpır.


Mif 4. Eşitmə cihazları ətrafdakı bütün səsləri, gücləndirir və bu nitqi eşitməyə mane olacaq.

Reallıq: Rəqəmsal texnologiyanın tətbiqi ilə son 20 ərzində eşitmə cihazları əksər hallarda qulaqdakı mini kompüterdi. (Məs buna görə bəzi modellər  kompüter giymətləri ilə müqaisədə ola bilər.)

 

Başka sözlə desək, bir çox rəqəmsal cihazın "içi" o qədər "ağıllıdır" ki, bu cihazları səsli tənzimləyərkən hər şeyi edə bilərsiniz: nitqi səs -küydən ayırmaq, seçib və onun pozulmuş olan tezliyini xəstəyə vermək. Elə xüsusi funksiyalar var, onlar nəqliyyatın səs -küyünü azaldır və küçədə komfortlu şərait yaradır. Bundan başka, iki və ya daha çox mikrofon sayəsində  səsin qəbul "şüasını" danışan şəxs tərəfinə yönəltmək mümkündür. Bütün bu yeniliklərin məqsədi eşitmə cihazlarının istifadə rahatlığını artırmaq və xüsusilə çətin səs küylü vəziyyətlərdə xəstələrin nitqin aydınlatma qabiliyyətini çoxaltmaqdır.

Məs buna görə də, son on ildə düzgün sazlanmış eşitmə cihazlarını taxan(daşıyan) insanların  diskonfort ilə bağlı ümumiyyətlə heç bir şikayəti olmur. Bunlara baxmayaraq, egər cihaz sizi narahat edsə, hər zaman hər şeyi düzəldəcək mütəxəssislə əlaqə saxlaya bilərsiniz, çünki eyni cihaz xəstə ünsiyyətin rahatlığını və sevincini hiss edənə qədər milyon dəfə sazlana bilər. 

Nəticə: ünsiyyətdə çətinlik çəkirsinizsə eşitmə cihazlarından imtina etməyin. O yaşamınızı yaxşılaşdıracaq və ünsiyyət sevincini sizə qaytaracaq. Sağlam olun!