Eşitmə cihazı- lazımdır ya yox

Eşitmə cihazı- lazımdır ya yox

Qızıl Qayda: Başqalarının  nəzərinə çarpan və sizi ünsiyyətdə narahat edən eşitmə itkiniz varsa, və onun səbəbi müasir tibbin müalicə edə bilmədiyi bir qulaq xəstəliyidirsə, problemin yeganə düzgün həll yolu - bütün bu çətinlikləri aradan qaldıra bilən, ailəniz və dostlarınızla ünsiyyət sevincini sizə qaytaracaq düzqun seçilmiş ağıllı eşitmə cihazıdır.(apparatıdır)

Qulaq xəstəlikləri çoxdur. Ən çox rast gələn və eşitmə qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilən əsas beş qulaq xəstəliyi var.  Məsələn, qulaqdaki adi "tıxac" bu beş xəstəlikdən biridir və ona “ağıllı” bir ad verilib  -“ "Xarici eşitmə kanalının kükürdlü tıxacı." Və ya, məsələn, "membrandakı bir çuxurun (deşiyin) " bir rəsmi adı var -"Xroniki deşilmiş orta  otitdı." 

Nədənsə elə qəbul olunub ki, bir insan eşitmə çətinliyi çəkən kimi, bunun sadəcə qulaq tıxacı olduğunu düşünür və bu da ona yaxşı eşitməsinə imkan verməmədiyin  səbəbi olduğuna əmin olur.

Həqiqət budur ki, əsl obturasion qulaq tıxacı eşitməni kəskin azaldır, və qulağında tıxac olan adam dərhal LOR-həkimə müraciət edir ki, o, bu bəladan onu qurtarsın. Başka sözlə bir insanın yüngül bir eşitmə itkisi varsa, bu çox güman ki, "tıxac" deyil, başqa bir qulaq xəstəliyidir. Əksər hallarda bu "tıxac" dan daha çox rast gəlinən bir xəstəlikdir - eşitmə sinirlərinin xəstəliyi.(zədələnməsi). Bu da dünyada ən çox yayılmış eşitmə pozğunluğudur ki, eşitmə səviyəsini yüngül dərəcədən ağır dərəcəyədək,hatta karlığa qədər azaldır.

Özündə və ya yaxınınlarının birində eşitmə itkisi olduğundan şübhələnməkdə, demək olar ki, hər evdə olan "texniki vasitə" kömək edir. Bu bizim sevdiyimiz televizordu. Axı, hər hansı bir cihaz, səs ötürərkən onu bir az təhrif  edir (pozur) və beləliklə, səsin (səs məlumatlarının)  qavranılması bir qədər çətinləşir. Daxili qulaqda dəyişikliklər olduqda, səs qavrayış spektri dəyişir: bəzi səslərin nisbi qaldığda digərlərinin qavrayışında pisləşmə ola bilər. Adətən bu yüksək tezlikli olan səslərdi. Beləliklə, insanların ən geniş yayılmış şikayəti ortaya çıxır - "Yaxşı eşidirəm, amma başa düşə bilmirəm, anlamıram."

Nəticədə, insan əvvəlcə bir az, sonra isə " daha çox" televizorun səsini yüksəldir, və bunu keyfiyyətsiz TV dinamikləri ilə və ya müasir televiziya diktorlarının pis diksiyası olduğu ilə izah edir.  Amma həqiqət budur ki, eyni TV və eyni diktorları digər ailə üzvləri dinləyir. Və onlar səsi qaldırmaq məcburiyyətində deyillər. Beləliklə, televizorun səsini qaldırmaq eşitmə problemlemindən şübhələnmənin ilk "zəng" dir. 

Bu, eşitmə cihazlarınızı dərhal taxmanız lazım olduğu anlamına gəlmir. Əvvəlcə  eşitmə itkisinin səbəbini düzgün müəyyənləşdirmək lazımdır. Axı səbəb müalicə ilə aradan qaldırıla bilər. Bunun üçün eşitmə səviyyəsini və bu xəstəliyin səbəbbini təyin etmək üçün çox rahat və asan bir yol var. Bu müaniyəyə Audiometriya deyilir. 15-20 dəqiqə çəkir. Müayinə zamanı qulağa müxtəlif səslər verilir və bu səslərin qavranılma səviyyəsi müəyyən edilir. Bu qrafik ilə həkim sizə eşitmə itkiniz olub olmadığını bildirir və əgər eşitmə itkiniz varsa,o hansı tezliklərdədir və bu eşitmə azalmanın səbəbi tam olaraq nədir. Yəni, 20 dəqiqə içində qulağınızın vəziyyətini öyrənə və onu necə düzəltəcəyinizə özünüz qərar verə bilərsiniz. Audiometrik müayinə üçün kiçik bir -life hack. İş orasındadır ki, audiometriya əsasən Eşitmə Mərkəzlərində, yəni eşitmə cihazlarının satıldığı yerlərdə aparılır.Yəni müayinədən sonra, diaqnozunuzdan asılı olmayaraq, sizə işitmə cihazı taxmağınız israrla tövsiyə ediləcək. Qərar verməyə tələsməyin. Yalnız eşitmə itkisinin səviyyəsini deyil, klinik diaqnozunuzu sizə izah etmələrini və daha da yaxşı yazılı formasını tələb edin.

Beləliklə, diaqnozunuzu bildikdə özünüz problemi araşdıra bilərsiniz - "İnternet sizə kömək edəcək".Və ya digər etibar etdiyiniz həkimlərdən məsləhət alın. Klinik Diaqnoz olmadan problemin həllini axtarmaq mümkün deyil. Yəni audiometriyadan keçdikdən sonra eşitmə qüsuruna səbəb olan xəstəliyin adını dəqiq bilməlisiniz. Ele bir mərkəz tapmaq lazımdır ki, orda klinik diaqnozunuzu göstərsinlər.